"Dəmirbank" filiallarını birləşdirəcək

"Dəmirbank" filiallarını birləşdirəcək Kapitalın artırılması mart ayının sonuna kimi başa çatdırılacaq
Maliyyə
17 Yanvar , 2017 12:49
Dəmirbank filiallarını birləşdirəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ " Dəmirbank" ASC bank sektoru üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətlərindən biri ilə əməkdaşlığı nəticəsində yeni biznes modelə keçid edir.

"Report" Banka istinadən xəbər verir ki, yeni biznes modelin tətbiqi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir: "Dəyişiklik daha çevik idarəetmə sisteminin, azpilləli təşkilati strukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, bankın rəqəmsallaşması müştərilərə bir çox bank əməliyyatlarını filiala getmədən həyata keçirmək imkanını yaradacaq. Bu səbəbdən müəyyən yeniləşmə və yenidənqurma prosesləri həyata keçiriləcək ki, nəticədə Bankın bir sıra filialları müştəri məmnuniyyətinin artırılması məqsədilə rahatlıq baxımından şəhərin daha münasib yerlərinə köçürüləcək. Digər filiallar isə birləşərək tam fərqli konseptli xidmət mərkəzlərinə çevriləcək. Bunlardan bəziləri sırf kredit yönümlü filiallar olacaq ki, Bankın pərakəndə şəbəkəsinin genişləndirilməsinə, potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasına və daha çevik xidmətin göstərilməsinə töhfə vermiş olacaq. Yeni biznes modelin tətbiqi nəticəsində bir neçə yeni xidmət mərkəzinin də açılması nəzərdə tutulub".

Yeni biznes modelin tətbiqi "Dəmirbank"ın ümumi xidmət şəbəkəsini genişləndirəcək. Bundan başqa, Banka məxsus bankomatlar (ATM), ödəniş terminalları və valyutadəyişmə terminallarının sayı tədricən artırılır. Bankın strategiyasına əsasən, qeyd olunan yeniləşmə və yenidənqurma prosesi 2017-ci ilin sonunadək yekunlaşacaq.

Qeyd edək ki, "Dəmirbank"ın hazırkı və yeni səhmdarları Bankın kapitalını əhəmiyyətli dərəcədə artırmaq haqda qərar qəbul ediblər. Hazırda kapitalın artırılması prosesi gedir və bu proses martın sonuna kimi başa çatdırılacaq.

Həmçinin, "Dəmirbank" 2016-cı ilin sonunda plastik kartların arxa ofisinin proqram təminatını – “Ocean” sistemini istifadəyə verib. “Ocean” sistemi Bankın plastik kartlar üzrə göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, yeni, daha funksional və çevik kart məhsullarını yaratmağa imkan verəcək. Bu istiqamətdə "Dəmirbank" artıq növbəti aylarda özünün yeni kart brendi altında məhsullar paketini ictimaiyyətə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi