Dünya Bankı: Manatın məzənnəsi yüksək səviyyədə qalır

Dünya Bankı: Manatın məzənnəsi yüksək səviyyədə qalır AMB-nin isə valyuta ehtiyatları yanvarın sonunda 6,4 milyard dollar olub
Maliyyə
18 Fevral , 2021 16:33
Dünya Bankı: Manatın məzənnəsi yüksək səviyyədə qalır

Bu ilin yanvar ayında Azərbaycanda xarici valyutaya tələbatın artmasına baxmayaraq, manatın dollara qarşı məzənnəsi 1,7 AZN/USD səviyyəsində sabit qalıb.

“Report” xəbər verir ki, bu barədə ölkə iqtisadiyyatına dair Dünya Bankının aylıq hesabatlarının (Azerbaijan Monthly Economic Update) fevral buraxılışında bildirilir.

“Dövlət Neft Fondu (SOFAZ) yanvar ayında 645 milyon ABŞ dolları, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğin iki mislindən artıq və aylıq limitdən 8 faiz artıq valyuta satıb”, - hesabatda göstərilir.

“Həmçinin AMB manatın likvidliyini azaltmaq üçün not buraxılışını artıraraq yanvar ayının sonuna olan vəziyyətə görə, 1 milyard manat məbləğində not buraxıb ki, bu da dekabr ayının sonuna nisbətən 60 faiz çoxdur”, - sənəddə qeyd olunur.

Bununla yanaşı, SOFAZ-ın valyuta aktivlərinin 2019-cu ilin sonundakı kimi, cari il yanvar ayının sonunda da sabit olaraq 43,6 milyard ABŞ dolları səviyyəsində qaldığı bildirilir. Belə ki, məzənnə dəyişkənliyindən əldə edilmiş 3.473,9 milyon manatlıq gəlirin neft-qaz qiymətlərinin azalması nəticəsində karbohidrogen ixracından əldə edilən (6.587,3 milyon manat) daha az gəlirlə bağlı itkiləri ödəyib. AMB-nin isə valyuta ehtiyatları yanvarın sonunda 6,4 milyard dollar olub.

Son xəbərlər

Orphus sistemi