DB: 2023-cü ildə Azərbaycanın ÜDM artımı təxminən üç faiz təşkil edəcək

DB: 2023-cü ildə Azərbaycanın ÜDM artımı təxminən üç faiz təşkil edəcək 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəllər gözləniləndən 0,6% çoxdur.
Maliyyə
10 Yanvar , 2023 18:30
DB: 2023-cü ildə Azərbaycanın ÜDM artımı təxminən üç faiz təşkil edəcək

2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəllər gözləniləndən 0,6% çoxdur.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) qlobal iqtisadi perspektivlərə dair yeni qlobal hesabatında məlumat verilib.

Bank analitikləri hesab edirlər ki, 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 2,6% artacaq. Bu da əvvəllər proqnozlaşdırılandan çoxdur - əvvəlki hesabatla müqayisədə 0,3% çoxdur.

Bununla yanaşı, 2022-ci il üçün Azərbaycanın ÜDM-in artımını bank 4,2% səviyyəsində qiymətləndirir. Ötən il Azərbaycan iqtisadiyyatı 5,6% artıb.

"Proqnozlaşdırılan ləngimə Ermənistan və Azərbaycan sərhədində davam edən gərginliklə, eləcə də Cənubi Qafqazın ən yaxın iqtisadi tərəfdaşlarından biri olan Rusiyada hasilatın azalması bağlıdır”, - DB qeyd edir.

Son xəbərlər

Orphus sistemi