DAX indeksi təxminən 5% artıb
- 09 noyabr, 2020
- 14:31
Almaniyanın 30 ən böyük dövlət şirkətini özündə birləşdirən Frankfurt Qiymətli Kağızlar Bazarının əsas DAX indeksi, Alman əczaçılıq şirkəti "BioNTech" və ABŞ-dakı ortağı "Pfizer'in ABŞ-da noyabr ayında koronavirusa qarşı bir peyvəndin qeydiyyatı ilə bağlı sorğu göndərmək istədiyi xəbərləri fonunda 4,6 % artıb.
"Report" bu barədə bazar məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, DAX oktyabr ayının ortalarından bəri ilk dəfə 13 min bal səviyyəsini keçərək 13 051,63 bala yüksəlib. “BioNTech” daha əvvəl yeni dərmanın sınağının üçüncü mərhələsinin aralığ nəticəsini açıqlamışdı. Belə ki, şirkət peyvəndin istifadəsi ilə koronavirusa yoluxma riski peyvənd olmayanlara nisbətən 90 % az olduğunu bildirib.
Hər iki şirkət gələn həftə ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət göndərməyi planlaşdırır. Almaniyanın Səhiyyə Naziri Yens Şpan, test nəticələrinin “Çox cəsarət verici” olduğunu və vaksinin qeydiyyatı üçün müraciət planlarının "yaxşı bir siqnal" olduğunu söyləyib.
Xəbərlərin ardından “Pfizer” və “BioNTech”in səhmləri müvafiq olaraq 9 % və 16 % artıb. Alman Paul Erlix Vaksinlər və Biomedikal Dərmanların İnkişafı İnstitutu (PEI) daha əvvəl 2020-ci ilin sonlarında - 2021-ci ilin əvvəllərində koronavirusa qarşı peyvəndin ilk qeydiyyatını gözlədiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatına görə (ÜST) hazırda dünya miqyasında koronavirusa qarşı bir peyvənd hazırlamaq üçün təxminən 170 layihə var. Rusiya avqustun 11-də “Sputnik V” adlı vaksini qeydiyyatdan keçirən ilk ölkə oldu.