2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri 60,667 milyon manat, xərcləri isə 75,324 milyon manat təşkil edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 21,2 % və 40,7 % çoxdur.
Ötən il qurumun əsas əməliyyat gəlirləri 57,141 milyon manat (əvvəlki ilə nisbətən 22,8 % çox), dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 3,5 milyon manat (dəyişməyib), sair əməliyyat gəlirləri isə 26 min manat (4,6 dəfə çox) olub.
Hesabat dövründə Dövlət Xidmətinin istifadə etdiyi material ehtiyatlarının dəyəri 683 min manat (illik müqayisədə 24,3 % çox), işçi heyəti üzrə xərcləri 53,035 milyon manat (58,3 % çox), amortizasiya xərcləri 2,749 milyon manat (23,5 % az), digər əməliyyat xərcləri 4,429 milyon manat (2,9 dəfə az), sair əməliyyat xərcləri isə 14,427 milyon manat (5,1 dəfə çox ) təşkil edib.