Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5 % səviyyəsində proqnozlaşdırır.
“Report” bu barədə iqtisadi nəşrə istinadən xəbər verir.
Proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1,8 %, ikinci rübün sonuna 4,4 %, üçüncü rübün sonuna 5,3 %, dördüncü rübün sonuna isə 5 % səviyyəsində gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1,3 % artıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırıb.