Daha 3 şirkət AİF-in müvəkkil qiymətləndiricisi olub

Daha 3 şirkət AİF-in müvəkkil qiymətləndiricisi olub Fondla əməkdaşlıq edən qiymətləndirmə şirkətlərinin sayı 11-ə çatıb
Maliyyə
26 Aprel , 2017 12:33
Daha 3 şirkət AİF-in müvəkkil qiymətləndiricisi olub

Bakı. 26 aprel. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil qiymətləndiricilərinin siyahısında 3 yeni şirkət qoşulub.

“Report” AİF-in saytına istinadən xəbər verir ki, bunlar “IVC – Beynəlxalq Qiymətləndirmə Mərkəzi”, “Real Estate Services” və “Əmlak Ekspert Mərkəzi” MMC-lərdir.

Bununla da, AİF-lə əməkdaşlıq edən qiymətləndirmə şirkətlərinin sayı 11-ə çatıb. Fondun müvəkkil banklarının sayı 25, müvəkkil sığortaçılarının sayı isə 16-dır. 

Son xəbərlər

Orphus sistemi