“CPM-İnvest İnvestisiya Şirkəti” ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 05 may, 2022
  • 05:36
“CPM-İnvest İnvestisiya Şirkəti” ötən ili mənfəətlə başa vurub

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC fəaliyyətinin ilk ili olan 2021-ci ili 433 min manat xalis mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “CPM-İnvest"in vergiyəqədərki mənfəəti 541 min manat, mənfəət vergisi ödəmələri isə 108 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə “CPM-İnvest"in aktivləri 2,133 milyon manat təşkil edib. Hesabat tarixinə investisiya şirkəti 1,322 milyon manat öhdəliklərə, 810 min manat balans kapitalına malik olub.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.