“CPM İnvest İnvestisiya Şirkəti”nin yeni səhmləri listinqə daxil edilib
- 21 dekabr, 2022
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “CPM İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manat dəyərində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, nominal dəyəri 1 000 manat olan 400 ədəd adi, adlı, sənədsiz səhm dekabrın 23-də abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Proses 7 iş günü davam edəcək. İlk 2 gündə investisiya şirkətinin yeganə səhmdarının (Kəmalə Məmmədova) üstünlük hüququ olacaq, daha sonra səhmlər digər investorlara təklif ediləcək.
Prosesin anderrayteri emitent özüdür. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.