“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 10 dəfəyə yaxın azalıb

Maliyyə
  • 27 may, 2025
  • 15:34
“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 10 dəfəyə yaxın azalıb

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,8 dəfə azdır.

Ötən il “CPM-İnvest"in vergiyəqədərki mənfəəti 210 min manat (əvvəlki ilə nisbətən 9,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 42 min manat (9,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “CPM-İnvest"in aktivləri 26,223 milyon manat olub ki, bu da illik müqayisədə 9 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 53,4 dəfə artaraq 24,679 milyon manata çatıb, balans kapitalı isə 36,8 % azalaraq 1,544 milyon manata düşüb.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

44 filmi