"CPM-İnvest İnvestisiya Şirkəti"nin növbədənkənar yığıncağı keçiriləcək

Maliyyə
  • 24 aprel, 2024
  • 05:20
CPM-İnvest İnvestisiya Şirkətinin növbədənkənar yığıncağı keçiriləcək

Mayın 24-ü, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, "City Point Baku" ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə illik idarəetmə hesabatının təsdiqi və digər məsələlər daxildir.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manat, yeganə səhmdarı Kəmalə Məmmədovadır.

44 filmi