“CPM-İnvest İnvestisiya Şirkəti”ni səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 18 mart, 2024
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 27-dən aprelin 1-nə qədər "Bakı Fond Birjası" QSC-də (BFB) “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Sabah qiymətli kağızlara abunə yazılışı olacaq. Prosesin anderrayteri emitent özüdür.
Qiymətli kağızlar tam yerləşdirilsə, investisiya şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 400 min manatdan 800 min manata çatacaq.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.