Con Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər"

Con Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər" Bakı. 22 yanvar. REPORT.AZ/ İqtisadiyyatın inkişaf tempi ehtimallarımı üstələyə bilər.
Maliyyə
22 Yanvar , 2018 10:33
Con Uilyams: FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər

Bakı. 22 yanvar. REPORT.AZ/ "İqtisadiyyatın inkişaf tempi ehtimallarımı üstələyə bilər".

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "USA Today" qəzetinə müsahibəsində San-Fransisko FED-inin rəhbəri Con Uilyams (John Williams) bildirib.

C.Uilyams qeyd edib ki, iqtisadiyyata aid önəmli risklər resessiyadan sonra ilk dəfə ciddi şəkildə azalıb: "İqtisadiyyatın dayanmasından narahat deyiləm. Bu narahatçılıq bir neçə il əvvəl var idi".

"FED üzvlərinin 4 dəfə uçot dərəcəsini artırması ehtimalı 3 dəfə artırma ehtimallarını üstələyib", - deyə Uilyams əlavə edib.

Xatırtladaq ki, FED-in növbəti iclası yanvarın 30-31-də keçiriləcək. Analitiklər bu iclasda FED-in uçot dərəcəsini artırmasını gözləmirlər. FED sonuncu dəfə uçot dərəcəsini dekabrın 13-14-də keçirdiyi iclasda 0,25 faiz bəndi artıraraq 1,25-1,50% koridoruna yüksəldib.

Son xəbərlər

Orphus sistemi