“CPM-İnvest İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub

“CPM-İnvest İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub Mərkəzin üzvü olan investisiya şirkətlərinin sayı 11-ə çatıb
Maliyyə
30 Aprel , 2021 17:18
“CPM-İnvest İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinə (MDM) üzv qəbul edilib.

Bu barədə "Report"a MDM-dən bildirilib.

Məlumata görə, bununla da Mərkəzin üzvü olan investisiya şirkətlərinin sayı 11-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir.

Son xəbərlər

Orphus sistemi