"City Finance" kapitalını azaldır

"City Finance" kapitalını azaldır Bu barədə Vergilər Nazirliyindən məlumat verilib
Maliyyə
31 Avqust , 2016 09:41
City Finance kapitalını azaldır

Bakı. 31 avqust. REPORT.AZ/ "City Finance" bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 25% azaldır. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, BOKT-un kapitalı 25% və ya 125 min manat azaldılaraq 375 min manata endiriləcək.

Xatırladaq ki, "City Finance" MMC 2013-cü ildə yaradılıb. Onun təsisçiləri Ramiz Ağamirzə oğlu Eyvazov (50%), Vüqar Balakişi oğlu Dəmirov (25%) və Emin Maqsudəli oğlu Maqsudovdur (25%).

Son xəbərlər

Orphus sistemi