“City Finance” BOKT-un xalis mənfəəti 75% artıb

“City Finance” BOKT-un xalis mənfəəti 75% artıb “City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 417 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
3 İyun , 2021 13:03
“City Finance” BOKT-un xalis mənfəəti 75% artıb

“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 417 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 75,2% çoxdur.

Ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 529 min manat (77,5% çox), mənfəət vergisi ödəmələri isə 112 min manat (86,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 7,766 milyon manat olub ki, bu da illik müqayisədə 44,5% çoxcdur. Bunun 7,348 milyon mnanatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 44,1% böyüyüb.

Hesabat dövründə “City Finance”ın öhdəlikləri 46,1% artaraq 2,292 milyon manata, balans kapitalı isə 43,8% arataraq 5,474 milyon manata, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 5 milyon manata çatıb.

Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. BOKT-un yeganə təsisçisi “AQA Şirkətlər Qrupu" MMC-dir.

Son xəbərlər

Orphus sistemi