"Citibank" Rusiyanı tərk edə bilər

"Citibank" Rusiyanı tərk edə bilər Bank kreditləşməni dayandırıb, şöbələrin sayını 2 dəfə azaldıb
Maliyyə
29 Sentyabr , 2017 11:36
Citibank Rusiyanı tərk edə bilər

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Citibank"ı operativ şəkildə Rusiya bazarını tərk edə bilər. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, buna səbəb yeni sanksiyalar ola bilər.

Qəzetin məlumatına görə, "Citibank" son 2 ildə Rusiya bazarında pərakəndə müştərilərinin 40%-ni itirib, şöbələrinin sayı 2 dəfə azalıb. Bankın pərakəndə müştərilərinə xidmət göstərməyi ləğv edərək, orta sinifdən yuxarı və premium müştərilərə xidmət etməyi planlaşdırdığı bildirilir.

Müştərilərlə iş Departamentinin rəhbəri Mixail Bernerə görə, Bankın kredit portfeli 2016-cı ilin əvvəlindən 8% artaraq 50,3 mlrd. rubla yüksəlib. Lakin bank analitikləri bildirirlər ki, bu, mövcud müştərilərin kredit limitlərinin artırılması nəticəsində baş verib. Bank çox az sayda yeni kredit verir və biznesini tədricən azaldır.

Yeni kreditlərin verilməməsi durumunda Bankın kredit portfeli yaxın 1,5 il ərzində 33% azalacaq. Bunu "Kommersant"a açıqlamasında "Bain & Company" konsaltinq şirkətindən Yeqor Qriqorenko bildirib. Onun fikrincə, bu durum "Citibank"ın yeni sanksiyalar və ya siyasi gərginlik durumunda Rusiyadan getməsini asanlaşdıracaq. 

Son xəbərlər

Orphus sistemi