Çinin valyuta ehtiyatları 5 illik minimuma düşüb
Maliyyə
- 08 sentyabr, 2016
- 06:34
Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Çinin valyuta ehtiyatları (Honkonq, Makao və Tayvan nəzərə alınmadan) 15,89 mlrd. ABŞ dolları azalaraq 3,185 trln. dollara düşüb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2011-ci ildən bəri ən aşağı həddir.
Xatırladaq ki, Çinin valyuta ehtiyatları iyul ayında da azalıb, amma avqustla müqayisədə azalma təxminən 4 dəfə az - cəmi 4,1 mlrd. dollar təşkil edib. Bununla belə, azalma tempi analitiklərin proqnozlarını üstələyir. Mütəxəssislər yaranmış vəziyyəti ölkədən kapital axını ilə izah edirlər. Bu prosesin ilin sonuna qədər davam edəcəyi və ölkənin milli valyutası yuanın məzənnəsinin bir qədər də zəifləyəcəyi gözlənilir.
Son xəbərlər
20:32
Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb
Xarici siyasət20:30
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Xarici siyasət20:22
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb
Futbol20:21
İrəvanda məhkəmə "Ana Ermənistan" partiyası liderinin həbsini üç ay uzadıb
Region20:11
Foto
Fərid Qayıbov Filip Juda ilə minifutbola aid beynəlxalq əlaqələrin genişləndirilməsini müzakirə edib
Futbol20:07
Balaxanı qəsəbəsində obyektdə yanğın başlayıb
Hadisə20:03
Britaniya Ukraynaya 25 min dron verib
Digər ölkələr19:39
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
Digər ölkələr19:23