"S&P": Çinin dövlət borcu yaxın 4 ildə 77% artacaq

"S&P": Çinin dövlət borcu yaxın 4 ildə 77% artacaq Kreditləşmədə kəskin artım narahatçılığa səbəb yaradır
Maliyyə
29 Sentyabr , 2017 18:42
S&P: Çinin dövlət borcu yaxın 4 ildə 77% artacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Standard&Poor's"(S&P) beynəlxalq reytinq agentliyi Çinin dövlət borcunun 2017-2021-ci illər ərzində 77% artaraq 302 trln. yuana (45 trln. ABŞ dolları) çatacağını proqnozlaşdırıb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, "S&P" bir müddət əvvəl Çinin reytinqini "AA-" səviyyəsindən "A+"a endirib.

"S&P" hesabatında bildirilib ki, Çinin dövlət borcunda artım tempi yavaşlasa da, iqtisadiyyatda maliyyə stressi təhlükəsi davam edəcək: "Dövlət borcunun artım tempində yavaşlamaya baxmayaraq, bu göstərici bizim nominal ÜDM artımı proqnozunu xeyli üstələyir. Bu da o deməkdir ki, yüksək kredit riski əvvəlki kimi dayanmadan arta bilər".

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu da Çində müşahidə olunan kreditləşmə tempindəki kəskin artımla bağlı narahatlığını bildirərək qəti addımlar atılmasının zəruriliyini bildirib.  

Son xəbərlər

Orphus sistemi