Çində kredit yükü təhlükəsi artır

Çində kredit yükü təhlükəsi artır Ölkə resessiya ilə üzləşdiyini etiraf etməlidir
Maliyyə
19 Sentyabr , 2016 12:16
Çində kredit yükü təhlükəsi artır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Çində kreditləşmənin həcminin sürətıə artması ən böyük risk olaraq qalır. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankının (BİS) hesabatına görə, kredit portfelijnin həddindən artıq böyüməsi gec-tez dünyanın ikinci ən böyük iqtisadiyyatında böhrana səbəb olacaq, bu isə fəlakətə gətirib çıxaracaq. 

Hesabatda qeyd olunub ki, 2016-cı ilin ilk rübündə Çində bank stressinin xəbərdarlıq göstəricisinin rekord səviyyəyə yüksəlməsi bu ölkənin korporativ borcunun nəinki özü üçün, bütün dünya üçün risk amilinə çevrilməsinə səbəb olacaq. BİS mütəxəssislərinin fikrincə, Çində kreditləşmə artım tempi ilə ümumi daxili məhsulun (ÜDM) artım tempi arasında fərq 30,1%-ə çatıb. Bu isə 1995-ci ildən bəri ən yüksək hədd hesab olunur və Çinin maliyyə dairələrində aktiv şəkildə müzakirə edilir. 

Kreditləşmənin həcminə qiymət vermək çətin olsa da, onun müqayisəli təhlili Çinin maliyyə vəziyyətini aydın şəkildə əks etdirir. BİS-in hesabatında bildirilib ki, sözügedən göstəricinin artması, yəni kreditləşmə ilə ÜDM artımı arasında fərqin böyüməsi bank böhranı barədə xəbərdarlıq siqnalı və yaxud sektorda ciddi problemlərin olması kimi qiymətləndirilir. Fərdin 10%-dən çox olması yüksək risklərin yarandığından xəbər verir. Hesabatda qeyd edilib ki, adətən bu haldan 3 il sonra ağır maliyyə böhranları baş verir.

Buna baxmayaraq, BİS-in hesabatına görə Çində bu göstərici 2009-cu ilin ortalarından etibarən təhlükəli həddə çatıb. Amma bu ölkədə heç bir böhran baş verməyib. Lakin BİS xatırladır ki, 2016-ci ilin ilk rübündə adı çəkilən göstərici gözlənilmədən kəskin artıb və 41 ölkədən, o cümlədən avrozonadan yüksək olub.

Xatırladaq ki, Çin Xalq Bankına (Çin Mərkəzi Bankı) görə avqust ayında Çində yeni kreditlərin həcmi 948,7 mlrd. yuan və ya 141,6 mlrd. ABŞ dolları təşkil edib. Əlbəttə bu, yanvar ayında qeydə alınlş 2,5 mlrd. yuan və ya 154 mlrd. ABŞ dolları göstəricisindən az olsa da iyul ayındakı yeni kreditlərdən (463,6 mlrd. yuan və ya 70,5 mlrd. ABŞ dolları) 2 dəfə çoxdur.

Mütəxəssislər Çin iqtisadiyyatının resessiyaya ehtiyac duyduğunu bildirirlər. Onlar uzunmüddətli iqtisadi artım mərhələsində resessiya dövrünün olmasını normal hal kimi qəbul edirlər. İqtisadi yavaşlamanın xərclərin azaldılmasına və biznesin daha effektiv çalışmasına səbəb olduğu bildirilir. Resessiya yeni bazarlar və məhsullar barədə araşdırma aparılmasına, yeni üsulların tətbiqinə zərurət yaradır. 

"South China Morning Post" qəzetinin iqtisadi təhlilçisi Ceyk Van der Kampa görə, Çin indi resessiya ilə üzləşdiyini qəbul etməlidir. Əks halda, resessiyanı önləməklə onlar növbəti daha sərt böhrana səbəb olacaqlar.

Son xəbərlər

Orphus sistemi