Çin pulun xaricə çıxarılması qaydalarını sərtləşdirib
Maliyyə
- 04 yanvar, 2018
- 07:13
Bakı. 4 yanvar. REPORT.AZ/ Çinin Dövlət valyuta nəzarəti İdarəsi xaricdə şəxsi bank kartlarından nağd vəsaitlərin çıxarılması qaydalarını sərtləşdirib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qaydaların sərtləşdirilməsinə səbəb "çirkli pul"ların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və vergidən yayınmanın qarşısını almaqdır. Yeni qaydalarla, hər bir şəxsə aid yerli bankların kartlarından ildə 100 min yuandan (15 370 dollar) çox vəsaitin çıxarılması mümkün olmayacaq. Əgər kart sahibi xaricdə illik limitdən artıq vəsait çıxararsa, o zaman növbəti il üçün onun eynitipli əməliyyatları dayandırılacağı bildirilir.
Yeni qaydalar yanvar ayının 1-dən qüvvəyə minib.
Son xəbərlər
05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50