Çin milli valyutasını daha 1% ucuzlaşdırıb

Çin milli valyutasını daha 1% ucuzlaşdırıb Çinin valyuta ehtiyatları maksimal səviyyədən 25% aşağı düşüb
Maliyyə
9 Yanvar , 2017 10:22
Çin milli valyutasını daha 1% ucuzlaşdırıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Çin Xalq Bankı (Mərkəzi Bank) milli valyuta - yuanın dollarla müqayisədə məzənnəsini bu gün, yanvarın 9-da daha 0,9% ucuzlaşdıraraq 6,9262 CNY/USD-yə çatdırıb. 

"Report"un verdiyi xəbərə görə, yuanın ucuzlaşdırılması Çinin valyuta ehtiyatları barədə göstəricisinin açıqlanmasından sonra baş verib. Belə ki, Çinin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayında 41 mlrd. ABŞ dolları və ya 1,36% azalaraq 3,01 trln. dollara düşüb. Bununla da Çinin valyuta ehtiyatları 2011-ci ilin fevralından etibarən ən minimal həddə enib. 

Qeyd edək ki, Çinin valyuta ehtiyatları ardıcıl 6 ay geriləmə göstərir. Xatırladaq ki, ehtiyatlar 2014-cü ilin iyulunda 3,99 trln. dollara çataraq tarixi maksimuma yüksəlib. Hazırda isə Çinin valyuta ehtiyatları tarixi maksimumdan 24,6% azdır.

Son xəbərlər

Orphus sistemi