Dünyada ən böyük valyuta ehtiyatlarına malik Çinin valyuta ehtiyatları bu ilin mart ayında ardıcıl beşinci aylıq artımını həyata keçirib və nəticədə son 7 ayın maksimum həcminə çatıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Çin Xalq Bankının məlumatlarına əsasən, ötən ayın sonuna ehtiyatlar fevral ayı ilə müqayisədə 8,58 milyard dollar artaraq 3,099 trilyon dollar təşkil edib.
"The Wall Street Journal" tərəfindən rəyi soruşulan analitiklər ortalama olaraq dəyişiklik gözləmirdilər.
Eyni zamanda martda qızıl ehtiyatları ardıcıl dördüncü ayda artaraq 60,62 milyon unsiyaya çatıb.