Çin maliyyə tələsinə düşüb

Çin maliyyə tələsinə düşüb Çin hökuməti bu ilin ikinci yarısında çətin iqtisadi siyasət seçimləri ilə üzləşəcək. Əgər fiskal siyasət zəifləsə, onda dövlət gəlirləri xeyli aşağı düşəcək. Xərclərin azalması ağır nəticələrə səbəb olacaq.
Maliyyə
29 İyul , 2020 07:16
Çin maliyyə tələsinə düşüb

Çin hökuməti bu ilin ikinci yarısında çətin iqtisadi siyasət seçimləri ilə üzləşəcək. Əgər fiskal siyasət zəifləsə, onda dövlət gəlirləri xeyli aşağı düşəcək. Xərclərin azalması ağır nəticələrə səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə yazını “Project Syndicate” media qurumu dərc edib.

Qeyd olunub ki, böyük məbləğdə kəsirin olmaması üçün Çin xərcləri azaltmalıdır, ancaq o zaman iqtisadiyyat 2,5 faizdən az böyüyə bilər. Bu zaman ölkə planlaşdırılan iş yerlərini yarada bilməyəcək, bu da Çinin makroiqtisadi sabitliyinə mənfi təsir göstərəcək.

Bu ilin birinci rübündə ölkənin ÜDM-i illik nisbətdə 6,8 faiz azalsa da iqtisadiyyat bərpa olunmağa başladı və 3,2 faiz artdı. Eyni zamanda Çinin ÜDM-in 55 faizini təşkil edən istehlak sektoru ikinci rübdə 3,9 faiz aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi