Çin ixracı stimullaşdırmaq üçün yuanı devalvasiya etməyəcək

Çin ixracı stimullaşdırmaq üçün yuanı devalvasiya etməyəcək Bu il məzənnənin 7,00 CNY/USD səviyyəsini ötəcəyi gözlənilmir
Maliyyə
15 Mart , 2017 16:33
Çin ixracı stimullaşdırmaq üçün yuanı devalvasiya etməyəcək

Bakı. 15 mart. REPORT.AZ/ Çin hökuməti ixracı stimullaşdırmaq üçün milli valyuta - yuanı devalvasiya etməyəcək və 2017-ci ildə onun məzənnəsi sabit qalacaq. 

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu Çin Dövlət Şurasının rəhbəri Li Ketsyan "Sinxua" agentliyinə bildirib.

"Keçən il qlobal valyuta bazarında müəyyən volatillik müşahidə olunub. Bu, əsasən dolların möhkəmlənməsi ilə əlaqədar olub. Çin yuanı bu dövrdə dollarla müqayisədə az ucuzlaşıb. Çin ixracı stimullaşdırmaq üçün yuanı devalvasiya etməyəcək, bazardakı vəziyyətə uyğun olaraq yuanın məzənnəsində islahatlar həyata keçirəcək" - L.Ketsyan vurğulayıb.

Qeyd edək ki, hazırda Çində ABŞ dollarının məzənnəsi 6,9125 CNY/USD-yə bərabərdir. Keçən il isə məzənnə 6,9652 CNY/USD səviyyəsinə kimi yüksələrək son 8,5 ilin maksimal həddinə çatıb. Hazırda məzənnə maksimal səviyyədən 0,75% aşağıdır. "Report"un analitik qrupu Çində dolların məzənnəsinin bu il 7,00 yuan səviyyəsini keçməyəcini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi