Çin iqtisadiyyatı 28 ildən sonra ilk dəfə kiçilib

Çin iqtisadiyyatı 28 ildən sonra ilk dəfə kiçilib
Maliyyə
202
17 Aprel , 2020 10:06
Çin iqtisadiyyatı 28 ildən sonra ilk dəfə kiçilib
0 : 00
0 : 00

Bu ilin I rübündə Çində Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% az olub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, 28 illik fasilədən sonra ilk azalmadır. 

İqtisadiyyatın kiçilməsi koronavirus (COVID-19) pandemiyasının təsiri ilə baş verib. Təkcə mart ayında Çində ÜDM 1,1%, pərakəndə ticarət dövriyyəsi 15,8%, investisiyalar isə 16,1% azalıb.