Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib

Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib Çinin Dövlət Şurasının tabeliyində olan Bazarlara Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) bəzi biznes sövdələşmələrini icazəsiz həyata keçirdikləri üçün elektron ticarət nəhəngləri “Alibaba Group” və “Tencent Holdings”in hər birini 76,5 min ABŞ dolları məblə
Maliyyə
282
15 Dekabr , 2020 09:48
Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib

Çinin Dövlət Şurasının tabeliyində olan Bazarlara Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) bəzi biznes sövdələşmələrini icazəsiz həyata keçirdikləri üçün elektron ticarət nəhəngləri “Alibaba Group” və “Tencent Holdings”in hər birini 76,5 min ABŞ dolları məbləğində cərimələyib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

SAMR-ın açıqlamasına görə, 2017-ci ildə “Alibaba” “Intime Retail Group”dakı payını dövlətdən xəbərsiz 73,8%-ə çatdırıb, “Tencent Holdings” isə “New Classics Media”nı dövlətin icazəsi olmadan alıb. Bununla da, şirkətlər ölkənin antiinhisar qanunvericiliyini pozub.

Cərimə barədə xəbərlər yayıldıqdan sonra beynəlxalq fond birjalarında elektron ticarət nəhənglərinin səhmləri 2,6% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi