Bakı. 26 yanvar. REPORT.AZ/ Çin hökuməti 2017-ci il üçün iqtisadi artımla bağlı hədəf göstəricisini 6,5% səviyyəsinə qədər azaltmaq niyyətindədir.
"Report"un "Rabler News Service"ə istinadən verdiyi xəbərə görə, bu məlumatı "Reuters" agentliyi yayıb.
Agentlik bildirib ki, ötən illərdə bu göstərici 6,5-7% olub. Yeni hədəf göstərici dekabr ayında keçirilən Çin Mərkəzi İqtisadiyyat Konfransında ali rəhbərlik tərəfindən razılaşdırılıb. Bu barədə görüşdən xəbərdar olan 4 müxtəlif mənbə "Reuters" agentliyinə bildirib: "İqtisadi artım tempi proqnozunun 6,5%-ə endirilməsi daha yavaş inkişaf sürətinin qəbul olunan olduğunu göstərir".
Qeyd edək ki, Çində ÜDM-in həcmi 2016-cı ildə 6,7% artsa da, bu, son 26 ilin ən aşağı artım göstəricisi olub.