​Çin beynəlxalq ödəniş sistemini istifadəyə verib

​Çin beynəlxalq ödəniş sistemini istifadəyə verib Bu, yuanın beynəlxalq valyutaya çevrilməsi üçün atılan növbəti ciddi addımdır
Maliyyə
8 Oktyabr , 2015 12:20
​Çin beynəlxalq ödəniş sistemini istifadəyə verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Çin öz beynəlxalq ödəniş sistemini işə salıb. "Chinese International Payment System" (CIPS) adlanan bu sistem bu gün ilk beynəlxalq ödənişi həyata keçirib. "Report" Çinin "Standard Chartered Bankına" istinadən xəbər verir ki, ödəniş, İsveçin "IKEA" şirkəti tərəfindən Lüksemburqa olub.

"Reuters"dən verilən məlumata görə, CIPS, yuanın beynəlxalq valyutaya çevrilməsi yolundakı maneələri aradan qaldıracaq və köçürmə xərclərindəki azalma səbəbindən dünya üzrə yuanın istifadəsini artıracaq.

"Standard Chartered Bank"ın analitiki Maykl Vrontamitis bildirib ki, CİPS, yuandan limitsiz istifadəni təmin etməklə Çinin qlobal maliyyə sistemi ilə əlaqəsini artıracaq.

Qeyd edək ki, SWIFT beynəlxalq ödəniş sistemindən verilən məlumata görə, avqust ayında yuanla beynəlxalq hesablaşmaların həcminin ümumi əməliyyatlarda xüsusi çəkisi 2,79% təşkil edib. İyulda isə bu göstərici 2,34% olub.

Son xəbərlər

Orphus sistemi