Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq

Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq Fan Sinhay: "Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqraz bazarı bunun üçün ideal yerdir"
Maliyyə
23 Yanvar , 2019 10:26
Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq
Getty

Bakı. 23 yanvar. REPORT.AZ/ "Çin ABŞ-ın borc öhdəlikləri bazarına qoyulan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır".

"Report" Çin mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan Sinhay Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Çin 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahibdir və ABŞ-ın ən böyük xarici kreditorudur.

Son xəbərlər

Orphus sistemi