“CFI Financial İnvestisiya Şirkəti” ötən ili zərərlə başa vurub
- 02 iyun, 2025
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ili 972 min manat xalis zərərlə başa vurub. Halbuki, İnvestisiya Şirkəti 2023-cü ildən 464 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “CFI Financial İnvestisiya Şirkəti”nin vergiyəqədərki zərəri 1,177 milyon manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 205 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “CFI Financial İnvestisiya Şirkəti”nin aktivləri 8,704 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41,1 % azdır.
Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 73,3 % azalaraq 2,947 manata düşüb, balans kapitalı isə 54,4 % artaraq 5,757 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 4,55 milyon manata çatıb.
Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildə yaradılıb. Onun əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”dur.