"CFI Financial İnvestisiya Şirkəti" kapital artımını yekunlaşdırıb

Maliyyə
  • 15 fevral, 2025
  • 06:35
CFI Financial İnvestisiya Şirkəti kapital artımını yekunlaşdırıb

"CFI Financial İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 3 milyon manat və yaxud 2,9 dəfə artıraraq 1,55 milyon manatdan 4,55 milyon manata çatdırıb.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd yeni səhm buraxılıb.

Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildə yaradılıb. Onun əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”dur.

44 filmi