Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 5,7 % artıraraq 351,599 milyon manatdan 371,599 milyon manata çatdırmağı planlaşdırır.
"Report"un əldə etdiyi məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 10 milyon ədəd yeni səhm buraxılacaq.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.