“Cənubtikintiservis”in səhmlərinin bazar dəyəri nominal dəyərini 13 dəfə üstələyib

Maliyyə
  • 07 iyun, 2021
  • 13:41
“Cənubtikintiservis”in səhmlərinin bazar dəyəri nominal dəyərini 13 dəfə üstələyib

Bu gün "Bakı Fond Birjası" QSC-də “Cənubtikintiservis” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.

"Report" Birjaya istinadən xəbər verir ki, əqdlər şirkətin 64 səhminin realizə edilməsini nəzərdə tutur.

Nominal dəyəri 2 manat olan qiymətli kağızlar 25 manatdan realizə edilib. Başqa sözlə, “Cənubtikintiservis”nin səhmlərinin bazar dəyəri nominal dəyərini 12,5 dəfə üstələyib.

Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.