Son 5 ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artaraq 2023-cü ilin III rübünün sonuna 682 milyon manata çatıb.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, BOKT-ların aktivlərinin 80 %-i müştərilərə verilmiş kreditlərdir. "Sentyabrın sonuna müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur", - deyə o qeyd edib.
C.Əliyev əlavə edib ki, bu illər ərzində BOKT-ların vergi ödənişi də artıb: "2023-cü ilin 9 ayında bu rəqəm 10,7 milyon manat təşkil edib".