“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq "CDB Bank"ın müştəriləri kartlarından bu ayın sonuna qədər istifadə edə bilərlər
Maliyyə
19 May , 2017 14:51
“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

Bakı. 19 may. REPORT.AZ/ “Caspian Development Bank” ASC-yə (“CDB Bank”) məxsus plastik kartlar istifadə müddətindən asılı olmayaraq bu ayın sonuna qədər aktiv olacaq.

“Report”un əldə etdiyi məlumata görə, gələn aydan həmin kartlar bankın birləşmə prosesində olduğu “Atabank” ASC-nin kartları ilə əvəz olunacaq.

Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi