​"Cbonds" şirkəti Bakıda fond bazarı ilə bağlı seminar keçirib

​"Cbonds" şirkəti Bakıda fond bazarı ilə bağlı seminar keçirib Bank mütəxəssislərinin iştirak etdiyi seminarda "Cbonds"un yeni məhsulları təqdim olunub
Maliyyə
521
6 Aprel , 2015 17:47
​Cbonds şirkəti Bakıda fond bazarı ilə bağlı seminar keçirib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakıda Rusiyanın "Cbonds" maliyyə informasiya-analitik şirkəti tərəfindən növbəti seminar keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın müxtəlif banklarının qiymətli kağızlar üzrə mütəxəssislərinin iştirak etdiyi seminarda "Cbonds"un yeni məhsulları təqdim olunub. Əsasən qiymətli kağızların günsonu təhlili, emissiyası, müxtəlif iqtisadi-maliyyə araşdırmaları, istiqrazların müqayisəli dinamikası və xəbər lentinə yer verilən platformada Baltikyanı və MDB ölkələri də yer almağa başlayıb. 2001-ci ildə qurulan şirkətin ofisləri Sankt-Peterburq və Kiyevdə yerləşir.

Platformada bəzi məlumatlar ödənişsiz olsa da, qiymətli kağızlar və onların reytinqinə aid olan məlumatlar əsasən ödənişlidir. "Bloomberg" beynəlxalq informasiya portalına bənzəyən "Cbonds"un "Premium" paketinin illik abunə haqqı 3 840 ABŞ dollarıdır, "Cbonds EM" adlı inkişaf etməkdə olan ölkələr paketi isə illik 1 296 dollar təşkil edir.

Qeyd edək ki, mayın 21-22-də "Cbonds"un Bakıda növbəti konqresi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi