“Caspian Finance” BOKT fəaliyyətinin ilk ilini zərərlə başa vurub

Maliyyə
  • 30 may, 2024
  • 12:39
“Caspian Finance” BOKT fəaliyyətinin ilk ilini zərərlə başa vurub

“Caspian Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2023-cü ili 133 min manat xalis zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Caspian Finance”ın vergiyəqədərki zərəri 166 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 33 min manat təşkil edib.

bu il yanvarın 1-nə “Caspian Finance”ın aktivləri 4,912 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 dəfə çoxdur. Bunun 55 min manatı müştərilərə verilmiş kreditlərdir. BOKT-un kredit portfeli 2023-cü ildə formalaşıb.

Hesabat dövründə “Caspian Finance”ın 46 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 16,2 dəfə artaraq 4,867 milyon manata, o cümlədən nizamnamə kapitalı 16,7 dəfə artaraq 5 milyon manata çatıb.

Xatırladaq ki, “Caspian Finance” 2022-ci ildə yaradılıb.