“Caspian European Club”un sığorta üzrə komitəsinin təcili toplantısı keçiriləcək

“Caspian European Club”un sığorta üzrə komitəsinin təcili toplantısı keçiriləcək Aprelin 2-də Bakıda “Caspian European Club”un sığorta üzrə komitəsinin təcili toplantısı təşkil olunacaq.
Maliyyə
29 Mart , 2019 17:34
“Caspian European Club”un sığorta üzrə komitəsinin təcili toplantısı keçiriləcək

Aprelin 2-də Bakıda “Caspian European Club”un sığorta üzrə komitəsinin təcili toplantısı təşkil olunacaq.

“Report”a daxil olan məlumata görə, bu barədə Klub sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İclasda sahə problemləri, həmçinin “Caspian European Club”un üzv şirkət rəhbərlərinin Azərbaycanın sığorta sektorunun inkişafı üzrə təklifləri müzakirə olunacaq. Komitənin iclasının sonunda xüsusi hesabat hazırlanacaq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanacaq.

“Caspian European Club” həmçinin aprel-may aylarında geniş formatda Klub üzvləri ilə görüşmək, şirkətlərin təkliflərini dinləmək və bank və sığorta sektorlarının işinin yaxşılaşdırılmasına dair aktual suallara cavab vermək xahişi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışova müraciət edib. 

Son xəbərlər

Orphus sistemi