“Capital Partners İnvestisiya Şirkəti” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 30 may, 2025
  • 16:19
“Capital Partners İnvestisiya Şirkəti” maliyyə vəziyyətini açıqlayıb

“Capital Partners İnvestisiya Şirkəti” QSC 2024-cü ili 39 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə azdır.

Ötən il “Capital Partners"in vergiyəqədərki mənfəəti 63 min manat (əvvəlki ilə nisbətən 35,1 % az), mənfəət vergisi ödəmələri isə 24 min manat (12 dəfə çox) olub.

Bu il yanvarın 1-nə “Capital Partners"in aktivləri 793 min manat olub ki, bu da illik müqayisədə 18,9 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,05 dəfə artaraq 125 min manata, balans kapitalı isə 6,7 % artaraq 668 min manata çatıb.

Xatırladaq ki, “Capital Partners" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % "Rabitəbank" ASC-dir.

44 filmi