BVF Qanaya 360 milyon dollar ayırmağı təsdiqləyib

BVF Qanaya 360 milyon dollar ayırmağı təsdiqləyib Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq ümumi kredit xəttindən Qanaya 360 milyon dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.
Maliyyə
13 Aprel , 2024 21:19
BVF Qanaya 360 milyon dollar ayırmağı təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq ümumi kredit xəttindən Qanaya 360 milyon dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Qananın "Pulse" portalı xəbər yayıb.

Portal qeyd edib ki, yeni tranşın verilməsi Afrika ölkəsinin islahat proqramının həyata keçirilməsində irəliləyişini qiymətləndirən BVF işçi qrupunun aprelin 2-dən 12-dək Qanaya səfərindən sonra həyata keçirilib. BVF-nin mütəxəssisləri bildiriblər ki, Qana səlahiyyətliləri “daha ​​güclü və daha inklüziv inkişaf üçün zəmin yaratmaqla yanaşı, makroiqtisadi sabitliyi və borc dayanıqlığını bərpa etmək üçün” tədbirlər görür.

2023-cü ilin yazında BVF və Qana üç il müddətinə qüvvədə olacaq 3 milyard dollarlıq kredit xətti haqqında razılığa gəliblər. Qana artıq bu məbləğdən 1,5 milyard dollar alıb.

Ötən ilin yanvarında Qana rəsmi kreditorları ilə 5,4 milyard dollarlıq borcunu restrukturizasiya etmək barədə razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi