BVF: Mərkəzi banklar milli rəqəmli valyuta yaratmaq barədə düşünməlidir

BVF: Mərkəzi banklar milli rəqəmli valyuta yaratmaq barədə düşünməlidir Bakı. 14 noyabr. REPORT.AZ/ İstifadəsi azalan nəğd pulun yerini doldurmaq üçün mərkəzi banklar milli rəqəmli valyutalarının tətbiqi barədə düşünməlidir.
Maliyyə
14 Noyabr , 2018 14:20
BVF: Mərkəzi banklar milli rəqəmli valyuta yaratmaq barədə düşünməlidir

Bakı. 14 noyabr. REPORT.AZ/ "İstifadəsi azalan nəğd pulun yerini doldurmaq üçün mərkəzi banklar milli rəqəmli valyutalarının tətbiqi barədə düşünməlidir".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard Sinqapurda keçirilən ASEAN zirvə görüşündə deyib.

“Bütün dünyada, o cümlədən Kanada, Uruqvay, Çin, İsveç kimi ölkələrdə mərkəzi banklar bu məsələni ciddi araşdırır. BVF kimi onlar da cari dəyişikliklərlə, yeni düşüncə tərzi ilə ayaqlaşırlar”, – K.Laqard söyləyib.

O, valyuta və tədiyələrin yeni növləri ilə necə işləmək barədə hələlik qəti qərara gəlmədiyini bildirib. 

BVF rəsmisinin fikrincə, mərkəzi banklar müxtəlif çətinliklərlə üzləşə bilər: "Belə ki, məsələn, valyuta istifadəçilərinin adlarını gizli tutmaqla müxtəlif qanun pozuntularının qarşısını almağı uzlaşdırmaq asan olmayacaq".

Son xəbərlər

Orphus sistemi