BVF koronavirusun dünya iqtisadiyyatına təsirini şərh edib

BVF koronavirusun dünya iqtisadiyyatına təsirini şərh edib Beynəlxalq Valyuta Fondu (BVF) Çində yayılan yeni koronavirusun dünya iqtisadiyyatına təsiri barədə fikir söyləməyin hələ tez olduğu qənaətindədir.
Maliyyə
31 Yanvar , 2020 13:00
BVF koronavirusun dünya iqtisadiyyatına təsirini şərh edib

Beynəlxalq Valyuta Fondu (BVF) Çində yayılan yeni koronavirusun dünya iqtisadiyyatına təsiri barədə fikir söyləməyin hələ tez olduğu qənaətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ötən gün müntəzəm brifinq zamanı BVF-nin sözçüsü Cerri Rays bildirib.

“Biz əsasən tələbata birbaşa təsiri təsbit etmişik. Çinlilər evlərindən çıxmırlar. Əsasən qızğın turizm mövsümü, satış mövsümü demək olar, heç oldu. Tələbata gəlincə, istehsalat dayandırılıb, iqtisadi çətinliklər baş verib, işçilər evdə qalıblar”, – BVF rəsmisi 2019-nCoV koronavirusun dünya iqtisadiyyatına təsiri barədə suala cavab verərkən deyib.

O vurğulayıb ki, təsirin miqyası barədə hazırda fikir söyləmək çətindir: "Çin belə bir vəziyyətdə iqtisadiyyatını işlək saxlamaq üçün kifayət qədər imkanlara malik olsa da, xəstəlik nəticəsində həm Çində, həm də başqa ölkələrdə səhm bazarları ziyan görüb, nəqliyyatdakı məhdudiyyətlər isə ölkə boyu iqtisadi fəaliyyətlərə mənfi təsir göstərə bilər".

Xatırladaq ki, ötən ili dekabrın 31-dən etibarən Çinin Hubey əyalətində baş qaldıran 2019-nCoV koronavirusun törətdiyi yeni tipli pnevmoniya sonradan 18 ölkədə qeydə alınıb. Ötən müddət ərzində xəstəliyə yoluxanların sayı 9692 nəfərə, ölənlərin sayı 213 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi