IMF Argentinaya 4,7 milyard dollar ayırır

IMF Argentinaya 4,7 milyard dollar ayırır Argentina hökuməti və Beynəlxalq Valyuta Fondu (IMF) uzadılmış kreditləşməni davam etdirmək və 4,7 milyard dollarlıq yeni tranş ayırmaq barədə razılığa gəliblər.
Maliyyə
11 Yanvar , 2024 08:37
IMF Argentinaya 4,7 milyard dollar ayırır

Argentina hökuməti və Beynəlxalq Valyuta Fondu (IMF) uzadılmış kreditləşməni davam etdirmək və 4,7 milyard ABŞ dollarlıq yeni tranş ayırmaq barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Lui Kaputo bildirib.

Nazir bildirib ki, razılaşma yeni deyil: “Bu, məqsədlərin yerinə yetirilməməsi səbəbindən qüvvədə olmayan əvvəlki razılaşmanın yenidən bərpasıdır. Bunlar yeni alətlər də deyil və 4,7 milyard ABŞ dollarlıq tranş ödənişləri qarşılamaq üçündür”.

Qeyd olunub ki, razılaşma indi IMF-nin Rəhbərlər Şurasına təqdim ediləcək və yekun təsdiqdən sonra Argentina tranşa çıxış əldə edəcək.

IMF bildirib ki, müzakirə olunan tranş yeni hakimiyyət orqanlarının makroiqtisadi sabitliyi bərpa etmək və qətiyyətli səylərini dəstəkləmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi