​Bu ilin III rübündə yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4% bahalaşıb

​Bu ilin III rübündə yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4% bahalaşıb İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb
Maliyyə
8 Noyabr , 2014 14:46
​Bu ilin III rübündə yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4% bahalaşıb
Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5% bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,4%, yol və körpü tikintisində isə 0,8% bahalaşma müşahidə edilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7% ucuzlaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2% bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2% bahalaşma müşahidə olunub.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9% bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə 0,2% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi