Qlobal şirkətlər bu ilin əvvəlindən 20% dəyər itirib

Qlobal şirkətlər bu ilin əvvəlindən 20% dəyər itirib Bu ilin I rübündə qlobal şirkətlər koronavirus (COVID-19) infeksiyasnın yayılması nəticəsində, təxminən, 20% dəyər itirib.
Maliyyə
6 Aprel , 2020 12:06
Qlobal şirkətlər bu ilin əvvəlindən 20% dəyər itirib

Bu ilin I rübündə qlobal şirkətlər koronavirus (COVID-19) infeksiyasnın yayılması nəticəsində, təxminən, 20% dəyər itirib. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.

Məlumata görə, rüb ərzində beynəlxalq fond birjalarından tədavül olunan səhmlərin ümumi dəyəri 18 trilyon ABŞ dollarından çox azalaraq 70 trilyon ABŞ dollarından aşağı düşüb. 

IIF məlumatında bildirilir ki, xüsusən son iki həftədə həyata keçirilən geniş pul və maliyyə siyasəti bu itkiləri qismən kompensasiya etsə də, pandemiya səbəbi ilə davam edən qeyri-müəyyənliklər bütün növ aktivlərdə sürətli dəyişkənliklər yaradır.

Qeyd edək ki, davam edən qeyri-müəyyənliklər qlobal miqyasda özəl sektor gəlirlərini 10% azaldıb. Bu il üçün şirkət gəlirlərinin Kanadada 13%, Avropa ittifaqında 12%, ABŞ-da 8%, Yaponiyada isə 7% həddində azalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi