Əcnəbilərin apreldə Azərbaycanda xərcləmələri 80% azalıb

Əcnəbilərin apreldə Azərbaycanda xərcləmələri 80% azalıb Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.
Maliyyə
1 İyun , 2020 11:31
Əcnəbilərin apreldə Azərbaycanda xərcləmələri 80% azalıb

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib.

Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 83,5 milyon manat yaxud 80,91% azalma derməkdir.

Ümumilikdə isə 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 143,1 milyon manat və ya 38,18% azdır.

Son xəbərlər

Orphus sistemi