Bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan Azərbaycana 28,7 mln ABŞ dolları dəyərində vəsait göndərilib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mərkəzi Bankının hesabatında deyilir.
Məlumata görə, bu, bu ilin 9 ayında Ukraynadan göndərilən ümumi vəsaitin 5 %-ni təşkil edir.
Ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan göndərilən pul vəsaitinin həcmi 575 mln ABŞ dolları təşkil edib. Bu da ölkəyə göndərilən vəsaitdən 14,7 dəfə azdır. Bu ilin 9 ayında müxtəlif xarici ölkələrdən Ukraynaya 8,48 mlrd ABŞ dolları dəyərində vəsait göndərilib.
Ukryana Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin 9 ayında Ukraynadan göndərilən vəsaitin həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 387 mln ABŞ dolları və ya 41 % artıb. Ukraynadan xarici ölkələrə göndərilən vəsaitin həcmi isə bir ildə 1,94 mlrd ABŞ dolları və ya 16 % artıb.
Bu dövr ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkə daxilində pul köçürmələrin həcmi 6,75 mlrd ABŞ dolları və ya 27 % artıb.
Qeyd edilib ki, Ukraynadan bir köçürmənin orta məbləği bir ildə 33 % artaraq 510 ABŞ dolları, Ukraynaya isə 7 % artaraq 390 ABŞ dolları təşkil edib.
Hesabata əsasən, bu müddət ərzində ABŞ-dan Ukraynaya pul köçürmlərinin payı 18 %, İstaildən 12 %, Rusiyadan 7 %, Almaniyadan isə 6 % təşkil edib. Bu dövr ərzində isə Rusiyadan Ukraynaya göndərilən vəsaitin xüsusi çəkisi 30 %, Gürcüstana 16 %, Türkiyə və Polşaya isə hər biri 4 % təşkil edib.