Bu il Rusiyadan pul köçürmələri Azərbaycanın ÜDM-in 1 %-ni təşkil edəcək

Maliyyə
  • 12 noyabr, 2021
  • 08:11
Bu il Rusiyadan pul köçürmələri Azərbaycanın ÜDM-in 1 %-ni təşkil edəcək

Bu il Rusiyada işləyən vətəndaşların pul köçürmələri Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1 %-ni təşkil edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Qafqaz və Mərkəzi Asiya (CCA) üzrə hesabatında bildirilib.

CCA-6 ölkələri arasında Rusiyada işləyən vətəndaşların pul köçürmələrindən Tacikistan xüsusilə asılıdır, çünki ölkədə kifayət qədər məşğulluq imkanları yoxdur. Özbəkistan Rusiyadan pul köçürmələrindən orta dərəcədə asılıdır. Digər tərəfdən, Qazaxıstan Rusiyanı xalis pul köçürmələri ilə təmin edir ki, bu da, əksinə daha çox rusiyalının Qazaxıstanda iş tapdığını göstərir.

Sənədə əsasən, bu il Azərbaycanda adambaşına düşən real ÜDM artımı 5 %-dən çox olacağı proqnozlaşdırılır. Bu Göstərici Rusiyada 11 %-dən çox, Qazaxıstanda 10 %-ə yaxın, Gürcüstanda isə 5 %-ə yaxın olub.

Son xəbərlər

Bütün Xəbər Lenti