Bu il paytaxtda ödənişli xidmətlərin dəyəri 13 %-dən çox artıb

Maliyyə
  • 17 may, 2023
  • 11:34
Bu il paytaxtda ödənişli xidmətlərin dəyəri 13 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3 % artaraq 1 milyard 639,3 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 250,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,3 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,6 % artaraq 2 milyard 608,1 milyon manat olub.

44 filmi